Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Sənin hər musiqin təravət yayır” başlığı altında musiqi saatı keçirilib

07.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 saylı kitabxana filialı 04.02.2023-cü il  tarixində akademik, SSRİ Xalq artisti , dünya şöhrətli bəstəkar Qara Qarayevin 105 illiyi ilə əlaqədar "Sənin hər musiqin təravət yayır, daima qəlblərdə yaşayacaqsan" başlığı altında musiqi saatı keçirtdi.   Tədbirdə 4 saylı musiqi məktəbinin müəllim və şagirdləri və kitabxananın fəal oxucuları iştirak edirdi. Tədbiri giriş sözü ilə açan kitabxanaçı Asya Qurbanova bəstəkarın həyat və yaradıcılığı haqqında qısa məlumat verdi . Məktəbin nəzəriyyə müəlliməsi Mədinə Əliyeva çıxışında bildirdi ki, Qara Qarayev bütün janrlarda eyni coşqunluqla çalışmış, novatorluğu və bədii cəhətdən yüksək səviyyəsi ilə fərqlənən yeni əsərlər yaratmışdır. Bəstəkarın baletləri, simfonik poemasi, simfoniyaları, kamera-instrumental əsərləri , kinofilm və teatr tamaşalarına yazılmış musiqiləri bunu bir daha təsdiq edir. Sonda şagirdlər: Quliyeva Aysel "Dalğalar", Mirzəyeva
Ülkər " Düşüncə" , Zöhrabova Fidan "Oyun" əsərlərini ifa etdilər.

 

92.1 KB